Klubunu dəyişir - AFFA-nın yığmamıza cəlb etmək istədiyi qapıçı

9 Aprel 2024 02:00 Bizimkilər 1 696
Klubunu dəyişir - AFFA-nın yığmamıza cəlb etmək istədiyi qapıçı

“Örebro”nun qolkiperi Murad Əbdürrəhmanov İsveçdə klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, gənc qapıçı “Forvard”la müqavilə imzalamağa yaxındır.

Həmyerlimiz hazırda “Forvard”da icarə əsasında forma geyinir. Həmin klub onunla uzunmüddətli müqavilə imzalamaq üçün “Örebro” ilə danışıqlara başlayıb.

İsveç aşağı liqasında mübarizə aparan klub Murad üçün qarşı tərəfə ödəniş də edəcək.

Hazırda danışıqlar davam edir və “Forvard”ın Muradın transfer hüququna yayda yiyələnə biləcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?