"Qarabağ" güzəştə getdi, Qazaxıstan klubu pul ödəmədi

1 Mart 2022 11:40 Bizimkilər 1 394
"Qarabağ" güzəştə getdi, Qazaxıstan klubu pul ödəmədi

«Qarabağ»la Emil Balayev arasında günlərdir davam edən müzakirələr başa çatıb.

Ağdam klubu 2020-ci ilin yayında heyətinə qatdığı qapıçının heç bir təzminat ödənilmədən «Turan»a getməsinə icazə verib.

Tərəflər yayda bitəcək müqaviləyə bu formada xitam verməyə razılaşıb.

Millimizin keçmiş «1 nömrə»si Qazaxıstan klubu ilə 1,5 illik kontrakt imzalayacaq. O, "Turan"ın hazırkı baş məşqçisi Vladimir Qazzayevlə birgə 2019-cu ildə "Tobol"da çalışıb.

"Neftçi", "Səbail", "Zirə" və Almaniya "Ayntraxt"ında da forma geyinmiş kiperin Qazaxıstana budəfəki qayıdışı bir qədər fərqli olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!