Daha bir azərbaycanlı Polşa klubuna keçdi – RƏSMİ

19 Fevral 2022 20:40 Bizimkilər 1 562
Daha bir azərbaycanlı Polşa klubuna keçdi – RƏSMİ

Şahin Zəkiyev Avropa klubunda baxışdan uğurla keçib.

22 yaşlı qapıçı karyerasını Polşada davam etdirəcək.

O, “Sokol”la (Slopnitse) anlaşıb. Bu ölkənin 3-cü liqasında mübarizə aparan klubla futbolçu arasında 6 aylıq müqavilə imzalanıb.

Bu barədə məlumatı futbolçunun keçidinə vasitəçilik edən “Go and Play” şirkətinin üzvü İlkin Əliyev saytımıza açıqlamasında verib.

Bir neçə gün öncə baş bir azərbaycanlı – Riad Abbaszadə Polşanın 4-cü liqa təmsilçisi “Oskar Pşisuxa” ilə sözləşmə imzalamışdı.

Zəkiyev indiyə qədər “Keşlə” və “Səbail”in sıralarında olub. O, Azərbaycanın U-21 millisində 1 oyunda şans qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!