Azərbaycan millisinin sabiq üzvü Amit Quluzadə karyerasını Avstriyada davam etdirəcək.
Sportinfo.az-ın daha əvvəl xəbər yaydığı kimi, 28 yaşlı yarımmüdafiəçi "ATSV Stadl-Paura"ya keçib.
Klubun mətbuat xidməti məlumat yayaraq, saytımızın veriyi informasiyanı təsdiqləyib.
Region Liqası təmsilçisi Quluzadə ilə 2022-ci ilin yayına qədər müqavilə imzalayıb.
Amit Quluzadə daha əvvəl “Rəvan”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Ərciyəsspor” (Türkiyə), “Atletiko” (Portuqaliya), AEL (Yunanıstan), “Drita” (Kosovo), “Çelik”də (Bosniya və Hersoqovina) və "Milsami"də (Moldova) çıxış edib.

