“Gəlin Mahiri “vurmayaq” - Bizi döysəydilər, nə edərdik?”

18 Fevral 2022 17:00 Bizimkilər 1 153
“Gəlin Mahiri “vurmayaq” - Bizi döysəydilər, nə edərdik?”

“Mahir gözümüzün qarşısında böyüyüb, mən onu yaxşı tanıyıram”.

Bu sözləri “Sportinfo TV”yə açıqlamasında tanınmış idman adamı Güloğlan Cabbarov deyib.

“Neftçi”nin keçmiş rəisi millininin hücumçusu Mahir Emrelinin “Legiya”dan “Dinamo”ya keçidinə sevindiyini bildirib.

Sitat: “O. daha yaxşı və səviyyəli kluba gedib. Xorvatiya klubunda özünü göstərə biləcəyinə şübhə etmirəm.

Böyük potensialı var. Hər birimiz Mahirə dəstək olmalıyıq, onu “vurmamalıyıq”.

Gəlin, özümüzü bir anlıq Mahirin yerinə qoyaq və fikirləşək: əgər bizi döysəydilər, həmin komandada qalardıqmı? Psixoloji vəziyyət çox önəmlidir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!