Vaqif Cavadov: “O, nəvaxtadək burada qalacaqsa, mən də onun yanında olacam”

18 Fevral 2022 14:00 Bizimkilər 2 105
Vaqif Cavadov: “O, nəvaxtadək burada qalacaqsa, mən də onun yanında olacam”

“Mən hələ müqavilə imzalamamışam, gözləyirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan”dan dəvət alan Vaqif Cavadov deyib.

O, “Sumqayıt”ın 16 yaşlılardan ibarət komandasının sükanı arxasından ayrılaraq, Qazaxıstana yollanıb. Gənc məşqçi yüksək liqada çıxış edən “Turan”da köməkçi kimi çalışmağa başlayıb.

“Turan” Xəzərin şərq sahilindəki respublikanın ən köklü klublarından biridir və Türküstan vilayətinin təmsilçisidir.

Uzun müddət birinci dəstədə mübarizə aparan kollektiv 2021-ci ildə güclülər dəstəsinə vəsiqə qazanıb və çempionatı 12-ci pillədə başa vurub.

Qazaxıstanda yeni mövsüm martda başlayacaq. Hazırda Antalyada təlim-məşq toplanışı keçən “Turan“ı Vladimir Qazzayev çalışdırır. O, Rusiya yığmasının sabiq baş məşqçisi Valeri Qazzayevin oğludur.

Vaqif Cavadov Vladimir Qazzayevlə çoxdandır tanış olduğunu bildirib:

“Mən onu hələ Moskva MOİK-də oynadığım vaxtdan tanıyıram. Münasibətlərimiz uzun illər əvvələ gedib çıxır. Bura sırf onun dəvəti ilə gəlmişəm.

Komandamız hazırda Antalyadadır. Fevralın 23-dək Türkiyədə təlim-məşq toplanışı keçəcəyik. Ondan sonra Qazaxıstana qayıdacağıq və rəsmi müqaviləyə qol çəkəcəm.

Müqavilənin müddəti? Bu, əslində nisbi məsələdir. Vladimir Qazzayev nəvaxtadək “Turan”da qalacaqsa, mən də onun yanında olacam”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!