Azərbaycanlı futbolçu bu klubla anlaşdı - Avstriyada

18 Fevral 2022 10:40 Bizimkilər 1 271
Azərbaycanlı futbolçu bu klubla anlaşdı - Avstriyada

Daha bir futbolçumuzun ölkə xaricində çıxış edəcəyi dəqiqləşib.

Söhbət bir çox ölkələrdə legioner həyatı yaşamış Amit Quluzadədən gedir.

Həmyerlimiz Avstriyanın "ATSV Stadl-Paura" klubu ilə anlaşıb. Yarımmüdafiəçi yeni klubu ilə yaya kimi müqavilə imzalayıb.

29 yaşlı futbolçunun son klubu Moldovanın "Milsami" klubu olub. Amit ötən ilin yanvarı Moldova təmsilçisindən ayrılandan klubsuz idi.

“Neftçi”nin yetirməsi olan sabiq milli üzvü ölkəmizdə “Rəvan”, “Sumqayıt”, “Qəbələ” və “Səbail”də oynayıb.

“Ərciyəsspor” (Türkiyə), “Atletiko” (Portuqaliya), AEL (Yunanıstan), “Drita” (Kosovo) və “Çelik”də (Bosniya və Hersoqovina) isə legioner həyatı yaşayıb

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!