Mahir “Dinamo”da debüt etdi, qələbə “Sevilya“nın oldu

18 Fevral 2022 02:00 Bizimkilər 1 387
Mahir “Dinamo”da debüt etdi, qələbə “Sevilya“nın oldu

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni komandası “Dinamo” Avropa Liqasında pley-off mərhələsinin ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Zaqreb klubu İspaniyada “Sevilya”nın qonağı olub.

Xorvatiya klubunun matçında ilk dəfə “23-lüy”ə salınan Mahir 58-ci dəqiqədə meydanda daxil olaraq, “Dinamo”nun heyətində debüt edib.

Həmyerlimiz oyuna qoşulanda komandası hesabda artıq 1:3 geridə idi. Qarşılaşma elə bu hesabla da başa çatıb.

“Dinamo”nun heyətində yeganə qola 41-ci dəqiqədə Mislav Orsiç imza atıb. Ev sahiblərində isə xorvatiyalı İvan Rakitiç 13-cü dəqiqədə hesabı açmaqla həmyerlilərini cəzalandırıb.

“Sevilya”nın digər qollarının müəllifi Lukas Okampos (44) və Antoni Marsyal (45+1) olub.

Bu komandalar arasında cavab oyunu fevralın 24-də Zaqrebdə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!