Millimizin üzvü "Benfika"ya nə vaxt qoşulacaq?

17 Fevral 2022 23:40 Bizimkilər 1 241
Millimizin üzvü "Benfika"ya nə vaxt qoşulacaq?

Azərbaycan millisinin və "Zirə"nin üzvü Cəlal Hüseynov yayda klubunu dəyişə bilər.

Belə ki, gənc futbolçu mövsüm başa çatandan sonra Portuqaliya təmsilçisi "Benfika"nın heyətinə qoşulacaq. Artıq futbolçumuzun viza problemi də öz həllini tapıb. Əgər Hüseynov özünü yaxşı tərəfdən göstərə bilsə, onunla uzunmüddətli müqavilə imzalanacaq.

Bildiyiniz kimi ötən ildən Cəlal Portuqaliya təmsilçisinin maraq dairəsinə düşüb. Hələ onda klublar arasında razılıq da olmuşdu. Ki, futbolçumuz adıçəkilən kluba baxışa yollansın.

Amma pandemiya ilə bağlı yaranmış çətinliklər Hüseynovun viza almasına əngəl törətdi. Bütün cəhdlər boşa çıxınca 18 yaşlı müdafiəçi məcburən vətəndə qalmalı oldu. Onun "Benfika"ya keçidi, nəhayət, bu yay reallaşacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!