Millimizin hücumçusu Mahir Emreli yeni komandası Zaqreb “Dinamo”su ilə birgə İspaniyadadır.
Sportinfo.az xəbər verir ki, Avropa Liqasının 1/16 final mərhələsinin “Sevilya” ilə oyun üçün bu ölkədə olan 24 yaşlı futbolçumuz dünən “Ramon Sançes Pisxuan” stadionunda məşqə çıxıb.
“Sevilya” - “Dinamo” oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.




