Nepalda qəhrəman olan azərbaycanlı futbolçu: “Xoşbəxtəm"

17 Fevral 2022 19:20 Bizimkilər 1 024
Nepalda qəhrəman olan azərbaycanlı futbolçu: “Xoşbəxtəm"

Azərbaycan millisinin sabiq forvardı Nurlan Novruzov Nepal çempionu olub.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu bu uğura "Maçhindra"nın heyətində imza atıb.

Onlar sona iki tur qalmış “Satdobato”nu 1:0 hesabı ilə üstələyib. Novruzov qarşılaşmada qələbə qoluna imza ataraq, komandasını çempion edib.

Novruzov 2021-ci ildən "Maçhindra"nın formasını geyinir. O, daha əvvəl Nepalda “Lalitpur Siti”nin şərəfini qoruyub.

"Sadəcə, xoşbəxtəm. Çempion olduq və titul qazandıq" - 29 yaşlı hücumçu ilk dəfə A Divizionunda çıxış etdiyini xatırladıb:

"Çempion olduğum üçün çox məmnunam. Komandada yaxşı və şən vaxt keçirdik. Fikrimcə, bir ailə olmağı bacardıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!