"Mahir Emrelinin "Sevilya"ya qarşı oynamaq şansı var".
Sportinfo.az xəbər verir ki, bunu "Dinamo"nun (Zaqreb) baş məşqçisi Jelko Kopiç İspaniyada "Sevilya"ya qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis bildirib ki, sabahkı matçda digər futbolçular kimi, Azərbaycan millisinin hücumçusuna da şans verə bilər:
"Biz onu komandanı gücləndirmək üçün dəvət etmişik. Amma ideal vəziyyətdə deyil. Bunu da nəzərə almalıyıq".
Fevralın 17-də oynanılacaq "Sevilya" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

