Legioner futbolçumuz komandasını çempion etdi - FOTOLAR

16 Fevral 2022 23:20 Bizimkilər 6 749
Legioner futbolçumuz komandasını çempion etdi - FOTOLAR

Nepal Super Liqasında sona iki tur qalmış çempion müəyyənləşib.

Heyətində azərbaycanlı futbolçu Nurlan Novruzovun da olduğu "Maçxındıra" bu gün "Satdobato" komandasını qəbul edib.

Görüş meydan sahiblərinin minimal hesablı (1-0) qələbəsi ilə başa çatıb. Yeganə qolu məhz Nurlan vurub. Bu qələbədən sonra ikinci yerdə qərarlaşan komandadan 6 xal uzaqlaşan "Maçxındıra" sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

Çempionluğu gətirən qolun müəllifi olan Novruzov həm də qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

29 yaşlı forvard karyerası ərzində Azərbaycanda “Bakı”, “Sumqayıt”, “Səbail”, Türkiyədə “Şanlıurfa”, “Dersim 62 Spor”, Moldovada “Dinamo-Auto”, Estoniyada “Narva Trans” kimi klublarda forma geyinib.

O, "Bakı"nın heyətində Azərbaycan Premyer Liqasının 2015-2016 mövsümünün bombardiri olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!