Mahir Emreli “Sevilya” üçün İspaniyaya getdi - VİDEO

16 Fevral 2022 16:20 Bizimkilər 1 390
Mahir Emreli “Sevilya” üçün İspaniyaya getdi - VİDEO

Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) “Sevilya” ilə Avropa Liqası oyunu üçün bu gün səhər İspaniyaya yola düşüb.

Sportinfo.az xəbər verir ki, səfərə gedən futbolçular arasında Emreli də yer alıb.

Mahir sabah keçiriləcək matçda yeni komandasında debüt edə bilər. 24 yaşlı hücumçunun adının “Sevilya” ilə Avropa Liqasının 1/16 final mərhələsinin səfər matçının iştirak ərizəsinə salınacağı gözlənilir.

Amma Emreli Xorvatiya komandasına yeni qoşulduğundan, onun sabah əsas heyətdə meydana çıxmaq ehtimalı azdır. Baş məşqçi Jelko Kopiçin Emrelini meydana sonradan daxil edəcəyi ehtimal olunur.

“Sevilya” ilə “Dinamo” arasında ilk oyun fevralın 17-də İspaniyada, cavab matçı fevralın 24-də Xorvatiyada olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!