"Milliyyətimdən imtina etmirəm, lakin indi "razıyam, gedirəm" deyə bilmirəm"

16 Fevral 2022 12:40 Bizimkilər 1 318
"Milliyyətimdən imtina etmirəm, lakin indi "razıyam, gedirəm" deyə bilmirəm"

"Öz milliyyətimdən imtina etmirəm, lakin indi "razıyam, gedirəm" deyə bilmirəm".

Sportinfo.az xəbər verir ki, bunu "Arsenal"da (Tula) çıxış edən Ayaz Quliyev Azərbaycan millisində oynayacağına dair iddialara münasibət bildirərkən deyib.

Müqavilə ilə Moskva "Spartak"ına məxsus 26 yaşlı yarımmüdafiəçi hələlik bu məsələdə konkretliyin olmadığını söyləyib:

"Belə deyək, əlaqə saxladılar, sonra dayandılar. Ardından yenə əlaqəyə çıxdılar, lakin heç bir konkretlik olmadı. Konkretlik olsa, əsas heyətin üzvü olub-olmayacağım barədə düşünə bilərəm".

Quliyevin sözlərinə görə, Azərbaycan millisinə keçidi üçün hər şeyi danışmaq lazımdır:

"Böyüyüb bütün həyatımı keçirdiyim ölkə Rusiyadır. Burada çoxlu dostlarım var. Oraya gəldikdə, bu, milli mənsubiyyətlə bağlı məsələdir".

Ayaz Quliyevin atası 20 yaşında ikən Moskvaya köçüb. Quliyev Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış edib. O, U-21-də 22 görüşdə 3 qol vurub. Lakin əsas millidə hələ oynamayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!