"Zaltsburq"da çıxış edən stolüstü tennisçi Hüseyn Səlimov ailəsi ilə birgə Azərbaycana deportasiya olunub.
Sportinfo.az xəbər verir ki, bu barədə Avstriya klubunun vitse-prezidenti Valter Vindişbauer "Sn.at" nəşrinə açıqlamasında deyib.
O, 13 yaşlı idmançını Avstriyada saxlamaq üçün çalışdıqlarını söyləyib:
"Bizim səylərimiz boşa çıxdı. Bir neçə saat əvvəl mənə zəng etdi və dedi ki, dərhal təyyarəyə minməlidir. Onlar artıq yoldadırlar".
Hüseyn Səlimov "Zaltsburq"un ən yaxşı stolüstü tennisçilərindən biri hesab edilir.

