Azərbaycanlı futbolçu Murad Vəliyevin yeni klubu məlum olub.
Sportinfo.az-ın məlumatına görə, 19 yaşlı vinger karyerasını Estoniyada davam etdirəcək.
O, bu ölkədə "Levadiya" ilə 3 illik müqavilə imzalayıb.
"Levadiya" ölkəsinin son çempionudu. Komanda Estoniyanın ən varlı və məşhur klublarından hesab olunur. Murad artıq bir neçə gündür yeni komandasının Antalya toplanışında iştirak edir.
Cinah yarımmüdafiəçisi daha əvvəl Estoniyanın "Kalev" və Almaniyanın "Rosenheim" və "Bad Aibliq" klublarında çıxış edib.
O, Estoniyanın aşağı yaş millilərinə də dəvət alır.
XANOĞLAN

