Meydanda 9 nəfərlə qalan "Tuzlaspor" Namiqi ŞOK ETDİ - VİDEO+FOTOREPORTAJ

16 Fevral 2022 00:50 Bizimkilər 1 059
Meydanda 9 nəfərlə qalan "Tuzlaspor" Namiqi ŞOK ETDİ - VİDEO+FOTOREPORTAJ

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərovun çıxış etdiyi "Bursaspor" I liqada növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, "timsahlar" XXV turda "Tuzlaspor"u qəbul edib.

Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. yeganə qolu 87-ci dəqiqədə Ebereçi Eze vurub.

Matça start heyətində başlayan Ələskərov 80-ci dəqiqədə Mehmet Erdem Uğurlu ilə əvəzlənib.

"Tuzlaspor"un heyətində 26-cı dəqiqədə Rayko Rotman və 67-ci dəqiqədə Samet Asatekin qırmızı vərəqə alaraq meydandan qovulublar.

Bu qələbədən sonra xallarını 30-a çatdıran "Tuzlaspor" 9-cu pilləyə yüksəlib. 24 xalı olan "Bursaspor" isə 16-cı sırada qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!