Azərbaycan millisinin və "Dinamo"nun (Zaqreb) futbolçusu Mahir Emreli hazırda daha yaxşı formadadır.
Sportinfo.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Jelko Kopiç Avropa Liqasının pley-off mərhələsində "Sevilya" ilə oyundan öncə yerli jurnalistlərə açıqlama verib.
45 yaşlı mütəxəssis 25 yaşlı hücumçunun məşqlərdə iştirak etdiyini bildirib:
"Mahir öz mövqeyindəki oyunçularla rəqabət aparır. Amma start heyətində kimlərin oynayacağını görüş başlayanda biləcəyik.
Daha çox Bruno Petkoviçin ilk "11-lik"də olacağını düşünürəm. Çünki onun hazırlığından razı qaldım. Hamı oyuna hazırdır. Səbirsizliklə qarşılaşmanın başlamasını gözləyirik".
Fevralın 17-də oynanılacaq "Sevilya" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

