"Qorxduğum üçün belə qərar verdim" - Legioner futbolçumuz

14 Fevral 2022 21:20 Bizimkilər 1 078
"Qorxduğum üçün belə qərar verdim" - Legioner futbolçumuz

Türkiyə I Liqasının 23-cü turunda "Keçiörengücü" səfərdə "Boluspor"un qonağı oldu.

Bərabərliklə (0-0) başa çatan matçda qonaqların üzvü olan Vüsal İsgəndərli 42-ci dəqiqədə zədələnərək əvəzlənməli olmuşdu.

Onun zədəsinin nə dərəcədə ciddi olub-olmaması təbii ki, bizi narahat etmiyə bilməzdi.

Son durumu ilə bağlı Sportinfo.az-a danışan legionerimiz sevindirici xəbər verdi: "Son matçda arxa əzələm məni çox narahat eləyirdi. Ciddi nəsə olacağından qorxduğum üçün oyundan çıxmaq qərarı verdim.

Dünən MRT olundum. Şükür, ciddi bir şey çıxmadı. Həkimlər yüklənmə çox olduğunu bildirdi. Bu gün artıq komanda ilə məşqə çıxdım. İnşallah, qarşıdakı turda da oynaya biləcəm".

26 yaşlı yarımmüdafiəçi ötən ilin yayından Türkiyə təmsilçisinin şərəfini qoruyur. O, Ankara klubunda keçirdiyi 21 matçda 4 qol vurmağı bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!