“Transfer dönəmi mənim üçün uzun çəkdi. Bir ay heç nə etmədim. Sonra fərdi məşqlərə başladım. Ardından xəstələndim, koronavirusa yoluxdum”.
Sportinfo.az xəbər verir ki, bunu Zaqreb “Dinamo”sunun yeni transferi Mahir Emreli deyib.
Azərbaycan millisinin futbolçusu artıq kollektivlə birlikdə məşqlər etdiyini söyləyib. O bildirib ki, Avropa Liqasının 1/16 final mərhələsində “Sevilya” ilə matça hazır olmağa çalışır:
“Dinamo”da üzərimdə ciddi çalışıram. Heyətimizdən, komanda yoldaşlarımdan böyük dəstək alıram.
Görək, nə vaxt oynaya biləcəyəm, buna məşqçi qərar verəcək. Hazır olsam, Avropa Liqasında “Sevilya” ilə matçda oynaya bilərəm. Mən sakitəm və vaxtımı gözləyirəm”.
“Dinamo” ilə “Sevilya” arasında oyunlar yanvarın 17-də Sevilyada, 24-də isə Zaqrebdə keçiriləcək.

