Mahir “Dinamo”da nə vaxt debüt edəcək? - Baş məşqçidən AÇIQLAMA

14 Fevral 2022 01:10 Bizimkilər 1 468
Mahir “Dinamo”da nə vaxt debüt edəcək? - Baş məşqçidən AÇIQLAMA

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin bu yaxınlarda transfer olunduğu Zaqreb “Dinamo”sunun baş məşqçisi Zelko Kopiç həmyerlimizlə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Xorvatiya mətbuatına danışan mütəxəssis 25 yaşlı forvardın nə zaman debüt edəcəyi məsələsinə aydınlıq gətirib.

Kopiç bildirib ki, hazırda Emreli komanda ilə məşq edir. Onun sözlərinə görə, futbolçunun qarşıdakı oyunlarda meydana çıxmasına məşqdən sonra qərar veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!