“Dinamo” niyə Mahir Emreliyə forma şansı vermir?

13 Fevral 2022 15:00 Bizimkilər 1 064
“Dinamo” niyə Mahir Emreliyə forma şansı vermir?

Azərbaycanlı və polşalı futbolsevərlər Mahir Emrelinin “Dinamo”dakı debütünü səbirsizliklə gözləyir.

Fevralın 2-də Xorvatiya nəhəngi ilə müqavilə bağlayan azərbaycanlı hücumçu ertəsi kollektivə qoşularaq məşqlərə start verib.

Paytaxt təmsilçisi elə həmin gün “Roqaşka” ilə yoldaşlıq görüşü keçirib, 6:0 hesabı ilə qələbə qazanmışdı. Fevralın 6-da isə ölkə çempionatında səfərdə “İstra 1961”lə üz-üzə gəlib 2:1 hesablı qələbəyə sevindi.

Mahirin komandaya cəmi 3 gün əvvəl qoşulduğunu nəzərə alsaq, bu matçda iştirak etməməsi anlaşılandır.

Millimizin üzvünün debütü dünən baş tuta bilərdi. “Dinamo” Xorvatiya çempionatının 23-cü turu çərçivəsində “Maksimir”də “HNK Qoritsa”nı qəbul etdi.

Zaqreblilər bu oyundan qələbə ilə ayrıldı - 2:1. Mahir bu görüşün iştirakçısı olmayıb.

“Dinamo” ilə yenicə müqavilə bağlayan futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Dinamo” hazırda 49 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb. Halbuki millimizin forvardının meydana çıxmaq şansı yüksək qiymətləndirilirdi.

Təbii ki, “11-lik”də yox, əvəzetmədən. Axı Mahir son 10 gün ərzindəki məşqlərdə oynamağa hazır olduğunu göstərib, məşqçilər heyəti isə yeni transferin komandaya daha tez uyğunlaşmasını, “Sevilya” ilə görüşlərdə kömək etməsini istəyir.

Görünür, fiziki cəhətdən hələ yetərsizdir və debütü üçün daha bir neçə gün gözləmək lazım gələcək.

Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində “Sevilya” ilə keçiriləcək ilk görüş fevralın 18-də “Ramon Sançez Pisxuan”da baş tutacaq. Cavab oyunu isə fevraklın 24-də “Maksimir”də oynanılacaq.

Emrelinin beynəlxalq oyun təcrübəsinin çoxluğunu nəzərə alsaq, İspaniya təmsilçisinə qarşı növbəti dəfə mübarizə aparmaq şansı var.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!