Legioner futbolçumuzdan bizi ÜZƏN XƏBƏR

12 Fevral 2022 23:40 Bizimkilər 1 305
Legioner futbolçumuzdan bizi ÜZƏN XƏBƏR

Türkiyə I Liqasında 23-cü turunun oyunları keçirilir.

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Ankara Keçiörengücü" səfərdə "Boluspor"un qonağı olub. Matç 0:0 hesablı bərabərliklə başa çatıb.

Qarşılaşma həmyerlimiz üçün uğursuzluqla yadda qalıb. Belə ki, oyuna start heyətdə başlayan Vüsal 42-ci dəqiqədə əvəzlənib.

Buna onun özünü yaxşı hiss etməməsi səbəb olub. Əzələsində ağrılar hiss edən futbolçumuz məşqçilər korpusundan əvəzlənməsini istəyib.

İsgəndərli sabah MRT müayinəsindən keçəcək. Məhz bundan sonra onun yekun durumuna aydınlıq gələcək.

26 yaşlı yarımmüdafiəçi ötən ilin yayından Türkiyə təmsilçisinin şərəfini qoruyur. O, Ankara klubunda keçirdiyi 21 matçda 4 qol vurmağı bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!