"Mən Azərbaycan adət-ənənələri ilə böyümüşəm, özümü rus saymıram"

9 Fevral 2022 01:00 Bizimkilər 2 098
"Mən Azərbaycan adət-ənənələri ilə böyümüşəm, özümü rus saymıram"

"Mən Azərbaycan adət-ənənələri ilə böyümüşəm, ona görə də özümü rus saymıram".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev "Sport-Express" nəşrinə müsahibəsində deyib.

Mütləq Döyüş Çempionatında (UFC) çıxış edən idmançı bildirib ki, tərbiyə və milliyət insana öz atasından keçir:

"Bizim adət-ənənəmiz var. Artıq anam da müsəlmandır, İslam dinini qəbul edib. Mənə dinlə bağlı hər şeyi əmim danışıb.

Artıq dünyasını dəyişib. Təbii ki, özüm də maraqlanmışam. Çünki qəlbim hər zaman doğru yolu axtarırdı.

Həmin yolu mənə mərhum əmim göstərdi. Bundan sonra hər şeyi özüm öyrənməyə başladım. Oxudum və bu səviyyəyə gəldim".

Yüngül çəkidə çıxış edən Rafael Fiziyev indiyədək UFC-də keçirdiyi 12 döyüşdə 11 qələbə qazanıb, bir dəfə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!