"Bura uyğunlaşmağım elə də çox vaxt almadı" - Yeni legionerimizdən ÜMİDVERİCİ AÇIQLAMA

7 Fevral 2022 23:20 Bizimkilər 844
"Bura uyğunlaşmağım elə də çox vaxt almadı" - Yeni legionerimizdən ÜMİDVERİCİ AÇIQLAMA

Uzun çək-çevirdən sonra Yunanıstan təmsilçisi "Olimpiakos"a (Volos) transferi baş tutan Turan Manafovun yeni klubunda işləri pis getmir.

Düzdü, 22 yaşlı futbolçu lisenziyasının gecikməsi üzündən komandasının Yunanıstan 1-ci liqasındakı ardıcıl iki matçını kənardan izləməli oldu.

Amma son iki qarşılaşmalarda artıq Manafov özünə əsas heyətdə yer edə bilib. Belə ki, futbolçumuz son iki turun hər birində 90 dəqiqə meydanda olmağı bacarıb.

Öncə "Larisas"la bərabərə (1-1) bitən, növbəti tur is "Olimpiakos"un (Pire) ikinci komandasına məğlub (2-3) olduqları qarşılaşmaları futbolçumuz əvəzolunmadan keçirdi.

İlk dəfə legioner həyatı yaşan həmyerlimiz yeni çempionatla bağlı təəssuratlarını Sportinfo.az-la bölüşüb:

"Hər şey yaxşıdır. Yeni ölkəyə uyğunlaşmağım elə də çox vaxt almadı. Komandamızın əksər üzvləri cavanlardı. Bu da ünsiyyət baxımından dadıma çatır. İlk oyunlarıma görə pis deyiləm.

Debüt matçıma çıxdığım arenanın ot örtüyü bərbad idi. Bir qədər topla daha rahat oynamağa mane olurdu. Amma ümumilikdə oyunumdan özümün də xoşu gəldi.

Düzdü, istər-istəməz tam istədiyim formada deyiləm. Unutmayaq ki, adaptasıya olmaqda problem yaşamasam belə çempionat, ölkə mənim üçün yenidir. Komandaya bir qədər gec qoşulmuşam. Hardasa 80% hazıram demək olar. Yəqin ki, bundan sonra daha yaxşı olacaq".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!