Sual verdilər: Mahir Zaqrebdə vaxtını bar və restoranlarda keçirəcək?

8 Fevral 2022 11:20 Bizimkilər 890
Sual verdilər: Mahir Zaqrebdə vaxtını bar və restoranlarda keçirəcək?

Azərbaycan millisinin sabiq çalışdırıcısı Robert Prosineçki Mahir Emrelinin “Legiya”dan “Dinamo”ya keçidini şərh edib.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis yerli mediaya açıqlamsında azərbaycanlı forvardın “Dinamo”ya transferinə belə reaksiya verib:

“Azərbaycanda işlədiyim və Bakıda yaşadığım dönəmdə yerli klubların bütün matçlarını izləyirdim. Mahiri yaxşı potensialı olduğu üçün milliyə dəvət etmişdim.

Həmin vaxtlarda Mahir hücumameyilli yarımmüdafiəçi kimi çıxış edirdi. Mahirin Polşadakı statistikası yaxşı idi. Hazırda o, Zaqrebdədi. Yaxın vaxtlarda onu iş başında görəcəyik”.

Prosineçki, “Legiya” azarkeşlərinin “Dinamo”nun rəsmi səhifəsinə Emrelinin daim bar və restoranlarda vaxtını keçirəcəyilə bağlı şərhlərə də münasibət bildirib:

“Azərbaycanda belə bir şey olmamışdı. Məsələ haqda gördüklərimdən bunları deyə bilərəm”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!