Mahir Emreli: “XOŞBƏXTƏM”

8 Fevral 2022 02:50 Bizimkilər 947
Mahir Emreli: “XOŞBƏXTƏM”

Millimizin hücumçusu Mahir Emreli "Dinamo"(Zaqreb) klubuna keçidilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, Emreli Xorvatiya klubuna transferini belə şərh edib:

"Belə bir klubla müqavilə bağladığım üçün çox xoşbəxtəm. "Dinamo" bir futbol klubundan da üstün olmaqla, Zaqreb və Xorvatiyanın simvolu, çoxsaylı azarkeşə, Xorvatiya və Avropa futbolunda xüsusi önəmə sahibdir.

Bu da burada olmaqdan qürur duymağımın daha bir səbəbidir. Bu klub üçün əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verə bilərəm".

Zaqreb klubu ilə 4,5 illik müqaviləyə qol çəkən Mahir yeni klubunda uğurlu olmağa çalışacağını deyib:

"Bu, həqiqətən də keyfiyyətli, ən yaxşı peşəkarların çalışdığı ciddi klubdur.

Oyunumla, cəhd və səylərimlə, özünəinamımla gələcəkdə komandamın nəticələrində pay sahibi olacağıma, çempionluq titulunu qorumağa və "Dinamo"nu avrokuboklarda layiqincə təmsil edəcəyimizə inanıram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!