Azərbaycan yığmasının eks hücumçusu buna imza atdı

7 Fevral 2022 02:30 Bizimkilər 879
Azərbaycan yığmasının eks hücumçusu buna imza atdı

Almaniyanın Qərb Regional Liqasında 24-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Vegberq Beek” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

​Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Komandasının ilk iki qolunu da Dadaşov vurub. Azərbaycanlı futbolçu 12 və 36-cı dəqiqələrdə fərqlənib.

“Şalke 2” bu nəticədən sonra 30 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!