Namiq növbəti növsüm Superliqada oynamaq istəyir

6 Fevral 2022 10:40 Bizimkilər 984
Namiq növbəti növsüm Superliqada oynamaq istəyir

"Hər bir baş məşqçinin fərqli istəyi var".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Bursaspor"un yarımmüdafiəçisi Namiq Ələsgərov dilə gətirib.

O, cari mövsümdən çıxış etdiyi komandada çoxlu baş məşqçi dəyişikliyinin olduğunu xatırladıb:

"Ötən mövsüm iki hücumçudan biri kimi meydana çıxırdım. Bu səbəbdən, qol vurmağa daha yaxın idim.

Bu mövsüm isə cinahda oynayıram. Məqsədim komandaya daha çox fayda vermək, daha çox qol vurmaq və məhsuldar ötürmələr etməkdir.

Hazırda ən önəmli hədəfimiz bu vəziyyətdən çıxmaq, aşağı pillələrdən xilas olmaqdır. Ondan sonra isə xallar toplayaraq üst pillələrə qalxmaq niyyətindəyik.

"Bursaspor"a gələndə Superliqaya çıxmağı xəyal edirdim. Bu mövsüm olmadı. Hazırkı durum bunu göstərir.

Amma ardıcıl qələbələr qazansaq, hər şey ola bilər. Bu dəfə alınmasa, növbəti növsüm "Bursaspor"la Superliqaya vəsiqə qazanmaq istəyirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!