"Sevir və bacarır - Kollektivə elə rahat qoşulub ki, sanki həmişə yanımızda olub"

5 Mart 2021 16:20 Bizimkilər 609
"Sevir və bacarır - Kollektivə elə rahat qoşulub ki, sanki həmişə yanımızda olub"

Rusiya MOİK-in baş məşqçisi Viktor Qonçarenko komandanın qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun iş üslubundan danışıb.

Sportinfo.az xəbər verir ki, o, Moskva təmsilçisinin rəsmi saytına müsahibəsində həmyerlimizin sakit və balanslı mütəxəssis olduğunu bildirib.

Qonçarenkonun sözlərinə görə, Kramarenko kollektivə tez uyğunlaşıb: "O, gənc qapıçılarla işləməyi sevir və bacarır. Kollektivə elə rahat qoşulub ki, sanki həmişə yanımızda olub".

Azərbaycan millisində də analoji vəzifəni yerinə yetirən D.Kramarenko MOİK-lə 2021-ci il mayın sonunadək müqavilə imzalayıb. Sözləşmənin müddəti başa çatdıqdan sonra uzadıla bilər.

Digər Xəbərlər
Xəbər Lenti