COP29

Nazir hər iki komandaya bu cür diqqət yetirdi - FOTO

10 İyun 09:00 Basketbol 782
Nazir hər iki komandaya bu cür diqqət yetirdi - FOTO

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev kişi və qadınlardan ibarət basketbol üzrə milli komandalarımızı Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanmaları münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, federasiya rəhbəri bununla bağlı “X”dəki hesabında paylaşım edib.

“Kişi və qadınlardan ibarət milli komandalarımız 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində bütün oyunlarda qalib gələrək avqust ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək Avropa Kubokunun final mərhələsinə vəsiqəni təmin ediblər. Təbriklər və uğurlar!”, - nazir sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final oyununda Kipr seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:12 hesabı ilə məğlub edərək Avropa Kubokuna vəsiqə qazanıb.

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final görüşündə Kipr seçməsi ilə üz-üzə gəlib.

Komanda rəqibini 20:18 hesabı ilə üstələyərək Avropa Kubokuna vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"