Azərbaycan klubu yeni legionerlə müqavilə imzaladı

31 Oktyabr 2024 03:40 Basketbol 441
Azərbaycan klubu yeni legionerlə müqavilə imzaladı

“Sərhədçi” heyətini yeni basketbolçu ilə gücləndirib.

Sportinfo.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ-li oyunçu Ceyms Houtornla mövsümün sonunadək müqavilə imzalanıb.

Basketbolçu artıq komandada debütünü də rəsmiləşdirib. O, Azərbaycan Basketbol Liqasının III turunda ötən gün “Naxçıvan”a qarşı keçirilən görüşdə meydana çıxıb.

C.Houtorn ötən mövsümü də Azərbaycanda keçirib. O, “Neftçi”nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?