Nəbiyevli “Viktoriya” mövsümü qələbə ilə başa vurdu

15 İyul 2020 13:26 Azərbaycan Futbolu 588
Nəbiyevli “Viktoriya” mövsümü qələbə ilə başa vurdu

Çexiya 2-ci divizionunda 2019/20 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da bu mövsümün son matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Pardubiçe” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:1. Fərid də bu görüşün iştirakçısı olub.

O, 46-cı dəqiqədə meydana buraxılıb. Cari mövsümdə iki qol vuran Nəbiyev son oyunda fərqlənə bilməyib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.

“Viktoriya” mövsümü 49 xalla 16 kollektiv arasında 5-ci pillədə başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 17:30 Çək və bizə göndər!
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR
15 İyun 02:50 Özbəkistanda 1-ci oldu