"Dostum deyir ki, 35 il futbola can qoymusan, nə qazanmısan? Qəpik-quruş..."

3 İyul 2020 12:58 Azərbaycan Futbolu 892
"Dostum deyir ki, 35 il futbola can qoymusan, nə qazanmısan? Qəpik-quruş..."

«Çox istəyərdim ki, məşqçilik karyeramı Azərbaycanda davam etdirim, ancaq bu, real görünmür».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Rəvan»ın sabiq baş məşqçisi Bəhmən Həsənov deyib.

3 ildən artıqdır heç bir komandanı çalışdırmayan mütəxəssisin bu illərdəki əsas fəaliyyəti İranla bağlıdır. O, yerli federasiyanın və klubların dəvətiylə dəvətiylə qonşu ölkəyə yollanıb, seminarlar təşkil edib, müxtəlif şəhərlərdə uşaq futbol akademiyalarının qurulmasına yardımçı olub.

İraq və Tütrkiyənin futbol sferasıyla da əlaqələr quran Həsənov yenidən Azərbaycanı tərk etməyə hazırlaşsa da, koronavirus pandemiyası səbəbindən bütün planlarının dəyişdiyini bildirib:

«Mayda qəti qərara gəlmişdim ki, Azərbaycandan çıxım gedim. Virusa görə bütün sərhədlər bağlandı, qalası oldum. Bir yaxın dostum var, mənə təklif etdi ki, onun qurduğu biznesi idarə edim.

Şirkət Bakıda fəaliyyət göstərir, az iş görmür. Hər gün ora gedib-gəlirəm, işi öyrənirəm. Dostum deyir ki, 35 il futbola can qoymusan, nə qazanmısan? Qəpik-quruş... Mən də baxıram ki, düz danışır.

Futboldan ayrı düşmək çətin gəlir mənə. Axı mən məşqçilikdə öz sözümü daha yaxşı deyə bilərdim, bunu bacarardım. Çoxsaylı maneələrlə üzləşdim, yolum kəsildi.

Federasiyadan heç bir diqqət görmədim. Mənə U-17 yığmasını tapşırmaq olmazdı? Gedib oradan-buradan məşqçi gətirirlər. O komandanı verərdilər mənə, sonra görərdilər işimi, qiymət verərdilər.

Azərbaycan futbolunda iş almaq istəyirsənsə, kiməsə, harasa yaxın olmalısan. Elxan Məmmədovla neçə dəfə görüşməyə cəhd göstərdim, olmadı. İndi də özüm onunla görüşmək istəmirəm.

Futbolda bəxtim gətirmədj, ümid edirəm, biznes mənə uğur gətirər. Bu pandemiya olmasaydı, Türkiyənin üçüncü liqasında çalışacaqdım.

Vaxtilə «Rəvan»da köməkçim olan Eyyub Ekinçi Antalyada bir komanda yaradıb. Mənə dəvət göndərmişdi ki, özünlə köməkçilərini də götür, gəl bura. O da qaldı belə».

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu