Həm ailəsinə, həm ailəsinə görə Azərbaycan millisinə gəlmir

30 May 2020 18:06 Azərbaycan Futbolu 809
Həm ailəsinə, həm ailəsinə görə Azərbaycan millisinə gəlmir

"Ufa" Azər Əliyevin mayın 31-i başa çatacaq müqaviləsini uzadıb.

26 yaşlı azərbaycanlı futbolçu mövsüm başa çatana qədər Rusiya klubunda qalacaq. Yarımmüdafiəçi 2018-ci ildən Premyer Liqa klubunda çıxış edir.

AFFA-nın diqqət mərkəzində olan cinah futbolçusu Azərbaycan millisinə gəlməkdə qəti qərar verməyib. Rusiya pasportu daşıyan Əliyev çempionatda legioner limitinə düşməmək üçün Azərbaycan yığmasında oynamaq istəmir.

Sportinfo.az-ın məlumatına görə, AFFA ona dəfələrlə dəvət göndərib. Hətta Azərə başqa olkədə klub tapmaqda köməklik vəd olunub.

O, bu çağırışların heç birini ciddiyə almayıb. Ailəsi ilə Rusiyada yaşayan futbolçu onlardan uzaq düşmək istəmir. Elə qazancı da pis deyil. "Ufa"dan ayda 7-8 min dollar civarında pul qazanır.

Digər Xəbərlər
Xəbər Lenti