
(ilk 2 yazının linki burada - https://www.sportinfo.az/idman_xeberleri/azerbaycan_futbolu/82703.html // https://www.sportinfo.az/idman_xeberleri/azerbaycan_futbolu/82887.html)
(Tarix kainatın vicdanıdır - Ömər Xəyyam)
KQB generalı Yuri Andropov SSRİ-nin Baş katibi seçildikdən sonra - 1983-cü ildə hərbi kafedraları olan təhsil müəssisələrinin tələbələri iki illik hərbi quluqa çağırılmağa başladı.
Mən Çeçenistanın Qroznı şəhərində yerləşən serjant təlim-tədris hərbi hissəsində kursant oldum. 40-cı ordu üçün (Əfqanıstan) serjant hazırlığı gedirdi.
Şimali Qafqaz Hərbi Dairəsinin yüksək liqada çıxış edən "SKA-Rostov" futbol klubu var idi. Məhşur Andreyev, Zavarov və başqaları bu klubda cıxış edirdi.
Hərbi hissənin idman rotası yaradılmsışdı, "Terek" və SKA-nın futbolcuları hərbi qulluğu bu rotada keçirdi. Həqiqi hərği xidmətimin son 1 ilini idman rotasının "starşinası" olmuşam. 1985-ci ildə Bakıya qayıdıb, təhsilimi davam etdirdim.
… "Neftçi" əvvəlki oyununu göstərə bilmirdi. Bir gün "Neftçi" - "Kayrat" (Alma-Ata) oyununa getmək ücün "Azneft"də taksi tapa bilmədiyimiz üçün mən, Pərvin Mirzəzadə, Erkin Hüseynov fayton götürüb stadiona yollandıq, Bunu görən polis əməkdaşları heç nə anlamayıb, bizi stadiona buraxdı.
Bu oyunda "Neftçi" 0:1 hesabı ilə məğlub oldu. Biz bir qrup azarkeşlə birlikdə "Neftçi"nin bazasına gedib, gəncəli dostumuz Xəyyamın evindən komandanın aftobusunu "yumurta atəşi"nə tutduq.
80-ci illərin sonunda Qarabağ məsələsi qalxdı, Milli Azadlıq Hərakati vüsət aldı. Rektorumuz akademik Yəhya Məmmədov universitetin tələbələrini Azadlıq meydanındakı mitinqə cəlb etdi.
Bir çox futbolçu Qarabağa döyuşə getdi. Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Allahverdi Bağırov Qarabağ uğrunda gedən döyüşlərdə qəhramanlıq göstərərək şəhid oldu. Milli Qəhraman adına laiq görüldü. "Bakı"nın məşqçisi Novruz Əzimov 881-ci Laçın alayının tərkibində döyüşüb.
Mən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin məsul işcisi kimi Sədərək, Şada, Kəlməçatlaq və başqa məntəqələrin müdafiəsində, hərbi batalyonların təşkili və təminatında iştirak etmişəm…
Hökümətin tapşırığı ilə Türkiyədə bir çox siyasilərlə görüşdüm. Arpaslan Türkeş Naxcıvanı "Türkün qapısı" adlandırdı və bizə çox yardım etdi. Türkiyənin Prezidenti Turqut Özal ilə görüşdük, Ali Məclisin sədri, mərhum Heydər Əliyevin dəvəti ilə Baş Nazir Süleyman Dəmirəl, Ərdal İnönü, Tansu Çillər Naxçıvana gəldi. Vəziyyət stabilləşəndən sonra Bakıda Xarici İqtisadi Əlaqələr Naziliyinə şöbə müdiri vəzifəsinə təyin edildim.
Azərbaycan müstəqil dövlət kimi ilk addımlarını atırdı. AFFA təsis edilərək milli komdanda və çempionat formalaşdı, Fuad Musayev federasiyanın prezidenti seçildi, Əhməd Ələsgərov isə baş məsqçi təyin edildi…
2004-cü ilin əvvəli Hafiz Məmmədov voleybol klubu ilə yanaşı, "Dinamo" (Bakı) Futbol Klubunu öz himayəsinə götürdü. Fevral ayında "Şəfa" stadionunda klubu təhvil aldım.
"Dinamo" onda güclülər dəstəsinin 9-cu pilləsində gedirdi. Klub Yaşar Seyidov, Elxan Abdulayev, Novruz Əzimov, fizioterapeft İlham, inzibatçı Ənvər və 20 futbolçudan ibarət idi. İlk oyunumuzda Suraxanı stadionunda Şahin Diniyevin başçılıq etdiyi "Qarabağ"a Dmitri Yeremeyevin vurduğu qol ilə 1:0 qalib gəldik…
2004-2005 ci illərdə milli çempionata hazırlaşmaq üçün “Baghlan Group”a məxsus Quba Olimpiya kompleksində məskunlaşdıq. Elxan Abdulayev məni menecer Kamil Məmmədovla tanış etdi və onun vasitəsilə Ukraynadan Aleksandr Çertoqanov, Seneqaldan Xalidu Sissoko, Argentinadan Fernando Peresi transfer etdik.
"Dınamo"nun sabiq futbolçuları -Cehun Soltanov və Rəfail Əmirbəyovu İrandan geri qaytardıq. "Bakılı"dan Rail Məlikovu, braziliyalı menecer Antonia Qalantenin vasitəsi ilə Andre Ladaqa, Leandro Qomeş və Kristian dos Santosu, Tiflis "Dinamo"sundan Aleksandr Qoberaşvilini, Rumıniyadan Marius Suleapı, İngiltərənin "Fulhem" klubundan Latviya millisinin hücumçusu Andrey Ştolcersi Azərbaycana gətirdik.
Klubun üzvləri - Ramin Quliyev, Yaşar Abuzərov, İlyas Qurbanov, Asif Abbasov, Dmitri Spirin, Tərlan Mahmudov, Elşən Poladov, Elnur Abdullayev, Orxan Mirzəyev, Fərid Quliyev, Ramazan Abbasovla yeni müqavilə bağladıq…
Futbolun İnkişafına Dair Dövlət Proqramı hazırlanırdı. AFFA və İdman Nazirliyi arasında fikir ayrılığı var idi. Ramiz Mirzəyev AFFA İcraiyyə Komitəsinin üzvləri ilə yola getmirdi. Bizdən tələb edirdi ki, ya icraçı direktor Yaşar Seyidovu klubdan uzaqlaşdıraq, ya da "Şəfa"FK-nı himayəmizə götürək.
Lakin biz bu tələblərin heç biri ilə razılaşmadıq. Yeni klub təsis edərək, Ədliyyə Nazirliyindən qeydiyatdan keçirdik və adını "Bakı" qoyduq. Londonda məhşur Madam Tyusso muzeyində cəlışan xalam oğlu, heykəltaraş Azər Cəfərov klubun gerbini çəkdi. "Bakı"nın idman formasının rəngi olaraq göytürklərin rəmzi olan göy rəngi seçdik...
Milli çempionatın əvvəlində Hafiz Məmmədovla birlikdə "Neftçi" rəhbərliyinin iş otaqında olarkən, ölkə kubokunu bizə göstərərək bildirdilər ki, bu kubok 5 il bu kabinetdə qalacaq. Mən cavab olaraq söylədim ki, biz artıq kuboka yer hazırlamışıq, 28 may 2005-ci ildə onu götürəcəm, ona yaxşı baxın.
Tofiq Bəhrvmov adına Respublika Stadionunda keçirilən oyununda "Bakı"nın ilk qalibiyyəti "Xəzər Lənkəran" üzərində oldu. Novruz Əzimovun başçılığı altında Nazim Sülaymanovun çalışdırdığı rəqibi 2:0 udduq.
Daha sonra eyni hesabla Kazbek Tuayevin"Neftçi"sini udduq. Millinin oyunçularının əksəriyyəti "Neftçi"də çıxış edirdi. Qurban Qurbanov, Rəşad Sadıqov, Mahmud Qurbanov, Vidadi Rzayev, Hüseyn Məmmədov, Zaur Tağızadə, İqor Getman və başqalarının adını çəkə bilərəm…
Əsgər Abdulayyevin başçılığı altında Antalyada təlim məşq prosesi keçirildi. Gəray Qarayev yorulmaq bilmədən yuksək səviyyədə fiziki hazırlıq verirdi. Çempionatda güclü klublara qalib gəlib, orta səviyyəli rəqiblərə qarşı xal itirirdik,
Komanda bostana bənzəyən meydançalarda tam gücünü göstərə bilmirdi. Bütün çətinliklərə rəğmən, ölkə kubokunun finalına yüksəldik, rəqibimiz Anatoli Konkovun baş məşqçisi olduğu güclü "İnter" idi.
Oyun çox gərgin və dramatik keçirdi. Əlavə vaxtda Andre Ladaqanın cərimə zərbəsindən vurduğu gözəl qola 2:1 qalib gəldik və ilk dəfə ölkə kubokunun sahibi olduq…
2005-ci ildə ilk dəfə İsveçrənin Nyon şəhərində Zeynal Məmmədovla birlikdə UEFA-nın püşkatma mərasimində iştirak etdik. Rəqibimiz Slovakiyadan tanıdığımız güclü "Jilina" oldu. "Bakı" ilk dəfə idi ki Raspublika Stadionunda mötəbər UEFA Kuboku turnirində oyuna çıxırdı.
Gərgin keçən oyunda üstünlük bizdə olsa da, qol yox idi, İlk dəfə olaraq, məşqçinin işinə qarışaraq və onun etirazına baxmayaraq, ikinci hissənin ortasında Ceyhun Sultanovu oyuna buraxdım. Ceyhun etimadı doğruldaraq, qələbə qolunu vurdu.
(Ardı var)
Nail Əliyev
Şərqşünas, tarix üzrə fəlsəfə doktoru. "Bakı"FK-nın sabiq vitse-prezidenti, "Toplu Bakı" jurnalının baş redaktoru
Xüsusi olaraq SPORTİNFO.AZ üçün