Azərbaycan klublarını bu yay avrokuboklarda nə gözləyir?

Azərbaycan klublarını bu yay avrokuboklarda nə gözləyir?

Azərbaycan klublarının avrokuboklardakı rəqibləri məlum oldu.

"Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) çütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Liqasında mübarizəyə başlayacağıq "Sabah"ı Sloveniya "Sele"si gözləyir.

Konfrans Liqasındakı təmsilçilərimizdən "Araz-Naxçıvan" Yunanıstan "Aris"nə, "Zirə" isə Xorvatiya "Hayduk"na rəqib olub.

Sportinfo.az-a açıqlama verən futbol mütəxəssisi Şahin Diniyev püşkün nəticələrini dəyərləndirib:

"Rəqibləri qısa şərh edəcəm. Çünki hələ heç bir oyun keçirilməyib. Amma belə baxanda aydın olur ki, "Zirə" və "Araz-Naxçıvan"a güclü rəqiblər düşüb. Hər ikisi futbol ölkəsini təmsil edir, yetəri qədər güclüdürlər.

"Sabah"la bağlı vəziyyət fərqlidir. 2-3 rəqiblə müqayisədə münasib sayacağımız komandalardan biri "Sele" idi. "Sabah"ın dişinə görə rəqibdir. Ancaq o demək deyil ki, rahat mərhələni adlamaq olar. Təcrübəli ispaniyalı mütəxəssisin çalışdırdığı "Sele" Sloveniya çempionu olub. Artıq hazırlığa start veriblər. Yeni transferlərlə güclənirlər. "Sabah"da isə qeyri-müəyyənlik davam edir. Kollektivin necə komplektləşdirilməsindən çox şey asılı olacaq.

"Qarabağ"a potensial rəqiblərinin problem yaratmayacağını düşünürəm. Bilirik ki, "Qarabağ" ilk oyunlar çətinlik yaşayır. Tədricən pik formaya yaxınlaşır. Münasib rəqibdir, keçmək olar. Avropadakı təcrübəsi imkan verir ki, komanda növbəti mərhələyə yüksəlsin.

Şanslar hər birində var. Ən başlıcası klubların necə hazırlıq keçməsindən, ediləcək transferlərdən çox şey asılı olacaq. Hər birinə uğurlar arzulayıram".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti