Tanınmış agent “Neftçi”nin Şeydayevlə yaşadığı problemdən elə şeylər danışdı ki... VİDEO

15:15 Azərbaycan Futbolu 1 304
Tanınmış agent “Neftçi”nin Şeydayevlə yaşadığı problemdən elə şeylər danışdı ki... VİDEO

"Klublar futbolçularla müqavilə imzalayarkən, çox həssas davranmalıdır.

Nümunə kimi "Neftçi"də Ramil Şeydayevi göstərmək olar.

Transferin də tutar-tutmaz problemləri var.

Təsəvvür edin ki, hazırda futbolçularımıza klublardan gələn elə müqavilələr var ki, 29 səhv var. Hətta klub prezidentinin adında hərf səhvi var.

Belə klublar imzalar atılarkən, diqqətli olmalıdırlar.

Ramil Şeydayev məsələsində də gərək futbolçu ilə müqavilə imzalanrkən, hər bir müddəaya həssas yanaşəlmalıdır”.

Bu açıqlama “Sportinfo TV”də yayımlanan "Futbol manşet" verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərovun qonağı olan FİFA agenti Səid Bağırov klub-futbolçu münasibətlərində aparılan danışıqların və müqavilə şərtlərinin detallarına toxunub, maraqlı şərhlərlə diqqət çəkib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti