AFFA-dan edilən zəng bu klubu çətin duruma saldı

24 İyun 20:40 Azərbaycan Futbolu 818
AFFA-dan edilən zəng bu klubu çətin duruma saldı

Yevlax şəhər stadionu ilə bağlı narahatlığın xoş sonluqla başa çatdığını xəbər vermişdik.

Belə ki, həftələr əvvəldən "Karvan" meydançanın təbii ot örtüyünü süni örtüklə əvəzləyəcəyini elan etmişdi.

Bir neçə gün əvvəl işlərə start verilməli idi.

Lakin son anda bölgə təmsilçisi öz planında dəyişiklik etməli olub.

Qərara alınıb ki, meydança təmirdən sonra da hazırda olduğu kimi təbii örtük olacaq.

Uzun müzakirələrin ardından rəhbərliyin süni örtük qərarından imtina etməsi səbəbsiz deyil.

AFFA-dan "Karvan" rəsmilərinə ciddi təzyiq olunub.

Federasiyadan bildirilib ki, verilən bir illik möhlətə görə bu mövsüm güzəşt görə bilərsiniz, amma növbəti mövsüm tələb dəyişəcək.

Çıxılmaz vəziyyətdə qalan yevlaxlılar qərar dəyişikliyinə getməli olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!