"Dedim ki, oyunu udmasaq, sən qol vura bilməsən, özündən küs!"

25 Aprel 2020 18:00 Azərbaycan Futbolu 1 498
"Dedim ki, oyunu udmasaq, sən qol vura bilməsən, özündən küs!"

(ilk yazının linki burada - https://www.sportinfo.az/idman_xeberleri/azerbaycan_futbolu/82703.html)

(II YAZI)

"Faydasız həyat ölümə bərabərdir" - Yoann Volfqanq Göte.

1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinə qəbul oldum.

Bu fakültə sovet dönəminin çox prestijli təhsil ocaqı sayılırdı. Fars bölməsinə 7, ərəbə 10, türkə 5 yer ayrılırdı, Tələbələr çox savadlı və bilikli, qəbul isə çox çətin idi. Mərkəzi Komitə sənədləri yoxlayıb, nəzarətə götürürdü.

Sovet dönəmində bir deyim var idi: “Kim qanuni yolla milyoner olmaq istəyirsə, şərqşünas olmalıdır”.

Bizim tələbələr 3-cü və 5-ci kursda 2 il müddətinə xarici ölkələrə ezam olunub, aya 2-3 min çek-bond məvacib alırdı. Bizim üçün Bakıda "Çinar", Moskvada "Beryozka" valyuta mağazaları fəaliyyət göstərirdi. Sərbəst şəkildə "QAZ-24", korperativ ev və.s almaq mümkün idi. Təhsili başa vurduqdan sonra SSRİ Xarici İşlər Nazirliyinin diplomatik korpusuna işə götürülürdük.

Dekanımız akademik Vasim Məmmədəliyev idi. O, "Quran"ı Azərbaycan dilinə tərcümə etmişdi. SSRİ-nin aparıcı elm adamları, profosserlar - Mübariz Əlizadə, Malik Mahmudov, Həsən Mahmudov və akademik Fuad Qasımzadə bizə dərs deyirdi.

Əbülfəz Elcibəy Misirdən qayıtdıqdan sonra bizim fakultənin yanında Əlyazmalar Fondunda şöbə müdiri vəzifəsində çalışmağa başladı.

Bakıda Fəvvarələr Meydanının yanında - atamın dostu, boks üzrə SSRİ idman ustası, Tofiq Bəhramov adına Raspublika stadionunun direktoru Adil Ağayevin evində qalırdım.

Dostlarımızla "Malakan" bağında görüşürdük."Neftci"nin oyunlarına bilet tapmaq cox çətin idi. Adil Ağayev mənə və azarkeş dostlarıma 15-ci sektorda şəxsi yer ayırmış və bütün ev oyunları üçün üzvlük vermişdi.

Əhməd Ələsgərov komandaya yeni ruh vermişdi. Çox güclü məşqci və psixoloq idi. Sonralar Əhməd Ələsgərovu "Bakı"ya dəvət edəndə, onunla uzun-uzadı söhbətimiz oldu, arxivlərini mənə verib, 1966-cı ildə "Neftci"nin bürünc medal qazanmasından və s bəhs etdik.

O xatirılərdən bir neçəsini sizin nəzərinizə çatdırıram:

"Bir dəfə "Neftçi" Moskvada "Dinamo" ilə qarşılaşmalı idi. Oyunqabağı mənə dedilər ki, Anatoli Banişevski Moskva mehmanxanasında yeyib-içib, indi sərxoşdur.

Boris Xetaqurovnan birlikdə onu tapıb gətirdim mehmanxanaya. Soyuq duşun altına salıb, özünə gəlməsinə çalışdım. Dedim ki, sabah oyuna Ali Sovetin sədri gələcək. Ona dedim ki, əgər oyunu udmasaq, qol vura bilməsən, özündən küs!

Səhər Anatoli qol vurdu, oyunu udduq. Oyundan sonra Ali Sovetin sədri bizimlə görüşdü və təbrik etdi. Banişevskidən nümünə götürməyi tövsiyə etdi.

Dahi bəstəkarımız Qara Qarayev Moskvadakı oyunlarımıza gələrdi...

81-ci ildə Tiflis "Dinamo"su Avropa Kuboklar Kubokunun sahibi olmuşdu. Moskvada "Politbiro"nun iclasından sonra Eduard Şevarnadze komandası haqqında mərhum Heydər Əliyevə ağız dolusu danışmışdı. Ondan sonra SSRİ güclülər dəstəsində "Dinamo"nun ilk oyun Tiflisdə "Neftci" ilə idi.
Ümumilli lider Heydər Əliyev mənə zəng edib, yalnız qalib gəlmək göstərişi vermişdi.

60000-lik Respublika stadionu azarkeşlərlə dolu idi. Ağır keçən oyunda İsgəndər Cavadov və Şakir Qəribov fərqlənməsiylə 2:1 qalib gəldik. Yerli azarkeşlər və "Dinamo"nun oyunçuları şokda idi.

SSRİ yiğmasının kapitanı Civadze, Qobeliya, Kipiani, Daraseliya, Sulakvelidze, Macaidze qardaşları, Qucayev, Şengeliya və başqaları bizim komandanın oyuncuları ilə birlikdə meydancanın ortasında qalmışdı. Daxili Qoşunlar futbolçuları birtəhər meydançadan cıxarıb, inzibati binaya yerləşdirdi.

Məni bir otağa aparıb, Bakıdan zəng gəldiyini dedilər. Bildirdilər ki, telefonda Heydər Əliyevdir. O, komandanı təbrik etdi və söylədi ki, bir azdan ona Şevarnadze zəng vuracaq.

Dedi ki, narahat olmayın, hər şey nəzarətdədir Az sonra Eduard Şevarnadzedə zəng vurub komandanı təbrik etdi və bütün qafqazlıların çılğın olduğunu bildirdi.

1982-ci ildə "Neftçi"Bakıda SSRİ çempionu "Spartak"ı qəbul edirdi. Yığmanın üzvlərindən təşkil olmuş Renat Dasayev, Vaqiz Xidiyatulin, Oleq Romantsev, Qavrilov, Şablo, Cerenkov, Radionov və başqaları bura gəlmişdi. "Neftci" 4:3 hesabıyla qələbə qazandı. Qolların ikisini Səmədağa Şıxlarov, Şakir Qəribov və Mixaylevski vurdu.

Azərbaycan Ələkbər Məmmədov kimi futbolcu yetişdirmişdi. O, İtaliyada "Milan"nın qapısına 4 top vurmuşdu. O, SSRİ yığmasının aparıcı oyunçusu idi. Anatoli Banişevski dahi futbolçu idi. "Marakana" stadionunda Pelenin başcılıq etdiyi Braziliya yiğmasına qol vuran və qalib gələn yegənə sovet futbolçusudur .

Banişevski doğma Bakıya, "Neftci"yə çox bağlı idi, ona çoxlu təkliflər gəlirdi, lakin Azərbaycanı heç yerə dəyişmədi. Həm də "Neftci"də cox güclü futbolçular oynayırdı. Serqey Kramarenko, Semiqlazov, Yaşar Babayev, Adil Babayev, Kazbek Tuayev, Mübariz Zeynalov, Qryazev, Bruxti, Valeri Hacıyev…

Sonradan komandaya Ruslan Abdulayev, Rafiq Əlizadə, Səməd Qurbanov ("Jiquli"), Əbdulqəni Nurməmmədov, Elbrus Abbasov, Əli Rəhmanov, Asəf Namazov, Asif Əliyev, Asim Xudiyev, Rəşid Özbəyov, Əsgər Abdulayev, İqor Ponamaryov, Nazim Suleymanov, Novruz Əzimov, Yunis Hüseynov, Mehman Alahverdiyev və başqaları qoşuldu.

Mərkəzi Komitənin Birinci katibi, mərhum Heydər Əliyev "Neftci" rəhbərliyini qəbul edib, yerli futbolçuların hazirlanmasını tapşırıq vermişdi. Bundan sonra İttifaqda ilk dəfə olaraq Bakıda "Neftci" üçün baza tikildi.

Nail Əliyev
Şərqşünas, tarix üzrə fəlsəfə doktoru. "Bakı"FK-nın sabiq vitse-prezidenti, «Toplu Bakı» jurnalının baş redaktoru

Xüsusi olaraq SPORTİNFO.AZ üçün

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi