AFFA klublar qarşısında yeni şərt qoydu

25 İyun 2025 22:20 Azərbaycan Futbolu 2 430
AFFA klublar qarşısında yeni şərt qoydu

Premyer Liqa iştirakçıları birmənalı olaraq təbii örtüklü meydançalardan istifadə etməlidir.

Klublar qarşısında bu cür tələblə AFFA çıxış edib.

Federasiya qısa zamanda elitada süni örtüklə bağlı problemi çözməyi qarşısına məqsəd qoyub.

Stadionlarda təmir işləri aparmalı olan "İmişli" və "Karvan" klublarına da bu barədə bilgi verilib.

Bildiyiniz kimi, AFFA İcraiyyə Komitəsinin son yığıncağında klublara infrastrukturla bağlı 1 illik möhlət verilməsi qərara alınıb.

Yeni mövsüm Premyer Liqa təmsilçilərinə güzəşt edilməsi də bu qərardan irəli gəlir.

Amma 2026/27 mövsümü üçün həm Tovuz Şəhər stadionu, həm də Şamaxı şəhər stadionundakı süni örtüklər də yığışdırılmalıdır.

Əks təqdirdə adıçəkilən klublar yüksək dəstəyə buraxılmaya bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 16:30 Çək və bizə göndər!