
AFFA "İmişli" və "Karvan"a növbəti güzəşti etməyə hazırlaşır.
Belə ki, hər iki klubun yeni mövsüm nə U-19, nə də U-17 komandaları fəaliyyət göstərməyəcək.
Düzdü, rəsmi qərar hələ yoxdur.
Amma indidən "Karvan" rəhbərliyi bu barədə kollektivi bilgiləndirib.
Görünür, qeyri-rəsmi müstəvidə yuxarıdan verilən "xoş müjdə" klub başbilənlərinin özünü belə rahat hiss etməsinə rəvac verib.
Daha əvvəl isə federasiyanın adıçəkilən iki komandaya əvəzedici komanda ilə bağlı güzəş etməsini məlumat vermişdik.
Qarşıdakı 1 ili həm "Karvan", həm də "İmişli" 3 akademiya komandası olmadan fəaliyyət göstərəcək.
Bilirsiniz ki, Premyer Liqa klublarının akademiyasının olması məcburidir.
Elitaya buraxılmaq üçün tələb edilən lisenziya şərtlərindən biri də alt yapının olmasıdır.
Deməli, federasiya uzun aradan sonra yüksək liqaya qayıdan hər iki bölgə klubunda bu baxımdan ciddi boşluqların olmasına göz yummaq yolunu seçib.
Bəli, daha öncədən infrastruktur məsələsində 1 illik möhlət veriləcəyi elan edilib.
Amma həmin möhlət qorumasının altında bu qədər məsələlərin cəm olacağını heç kim gözləmirdi.
SPORTİNFO.AZ