"Qarabağ" Avstriya torpağına ayaq basdı - FOTOLAR

00:30 Qarabağ 151
"Qarabağ" Avstriya torpağına ayaq basdı - FOTOLAR

"Qarabağ" yay təlim-məşq toplanışının ikinci hissəsi üçün Avstriyaya yollanıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq.

İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkov “Metallist”i olacaq. Qarşılaşma yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 19:30-da) başlayacaq.

İyulun 11-də “Qarabağ” “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar yerli vaxtla 15:00 və 17:15-də (Bakı vaxtı ilə 17:00 və 19:15-də) start götürəcək.

İyulun 15-də toplanışın son matçında rəqib “Zalsburq” (Avstriya) olacaq. Görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq.

Qarşılaşmaların dördü də Kaprun stadionunda keçiriləcək.

"Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.







Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi