
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Bakıdakı toplanışını başa vurub.
“Köhlən atlar” hazırlığın növbəti mərhələsi üçün vətəni tərk edib.
Bu gün günorta saatlarında yola düşən nümayəndə heyəti Bakıdan İstanbula yollanıb, qardaş ölkədə təyyarəni dəyişərək Zaqlsburqa üz tutub.
“Qarabağ”ın Bakı vaxtı ilə axşam 9 radələrində “Tauern” otelinə çatacağı gözlənilir.
Qurban Qurbanovu sevindirən məqam heyətdə itkilərin olmamasıdır. Ağdam təmsilçisi Avstriyaya yeni transferlər – Dani Bolt və Pedro Bikalyo olmaqla tam heyətlə yola düşüb.
Üstəlik, “Qarabağ-2”dən üç gənc də əsas komanda ilə səfərə aparılıb.
Təmsilçimiz Zell-Am-Seenin Kaprun bölgəsində olduğu müddətdə dörd yoldaşlıq görüşü keçirəcək ki, iyulun 7-də Ukrayna “Metallist”i (Xarkov) qarşılaşacaq, dörd gün sonra Niderland “Tvente”si ilə iki dəfə oynayacaq. İyulun 15-də isə yerli “Zalsburq”la münasibətlərinə aydınlıq gətirəcək.
“Köhlən atlar” iki həftəlik hazırlıq prosesini iyulun 16-da başa vurub vətənə qayıdacaq.
HƏBİB / SPORTİNFO.AZ