İki yaxın adamı Nazim Süleymanovu tərk etdi

21 Yanvar 2020 10:52 Azərbaycan Futbolu 1 516
İki yaxın adamı Nazim Süleymanovu tərk etdi

Nazim Süleymanovun sədri olduğu AFFA Həmkarlar İttifaqı 2020-ci ildə ilk iclasını keçirib.

Sportinfo.az xəbər verir ki, İdarə Heyətinin üzvləri Babək Alxasovla Əfqan Talıbov ərizə yazaraq, İttifaqdan çıxmaq istədiklərini bildiriblər və onların müraciətləri müsbət cavablandırılıb.

Alxasvla Talıbovun yerinə İdarə Heyəti üzvlərinin səsverməsi ilə Samir Ələkbərovla Ramil Allahverdiyev seçilib.

Yanvarın 15-ə olan məlumata görə, artıq AFFA Həmkarlar İttifaqının üzvlərinin sayı 487 nəfərdir. Bu gedişlə mart ayına kimi üzvlərin sayının 500-ü keçəcəyi gözlənilir. Bir sıra bölgələrdən yerli təşkilat yaratmaq istəyi ilə müraciətlər gəlməkdə davam edir.

Qeydiyatla bağlı məsələdə hələlik yenilik yoxdur. Artıq 2 aydan çoxdur ki, sənədlər Həmkarlar Konfederasiyasına təqdim olunsa da sənədlərə baxılmayıb.

Digər Xəbərlər
Xəbər Lenti