Ruslan Rzayev: "Ermənilərlə problemim yoxdur"

10 Avqust 2019 19:55 Azərbaycan Futbolu 1 384
Ruslan Rzayev: "Ermənilərlə problemim yoxdur"

“Krasnodar” yetirməsi olan Ruslan Rzayev icarə əsasında Rusiya birinci liqasında yarışan “Armavir”də çıxış edəcək. Futbolçu Azərbaycan komandalarından gələn təklifi geri çevirərək rus klubuna icarəyə yollanmağı üstün tutub. Birinci liqada yarışan “Armavir” isə daha çox ermənilərin cəmləşdiyi klub kimi tanınır. Belə ki, klubun sahibi erməni Cevan Çeloyants, Rzayevi şəxsən komandasında görmək istəyən isə baş məşqçi Arsen Papikyandır.

Gənc futbolçu Sportinfo.az-a açıqlamasında ermənilərlə probleminin olmadığını və “Armavir”də özünü yaxşı hiss etdiyini bildirib: “Bəli, icarə əsasında “Armavir”ə gəlmişəm. Burada daima oynayaraq “Krasnodar”a daha hazır qayıtmaq istəyirəm. “Armavir”də hamı mənə çox yaxşı yanaşır. Ermənilərlə də, digərlərilə də heç bir problemim yoxdur".

Bir neçə ay əvvəl Azərbaycanın U-21 yığmasından dəvət gəlmişdi. Amma bəzi səbəblərdən gəlişim alınmadı”.

Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 20:00 Çək və bizə göndər!