20 ildə bir addım da yerindən tərpənməyən futbolumuz - FOTO FAKT

9 May 23:00 Azərbaycan Futbolu 187
20 ildə bir addım da yerindən tərpənməyən futbolumuz - FOTO FAKT

Həftəsonu yolum el arasında daha çox Şəfa stadionu kimi tanınan "Baku Arena"dan düşdü.

Eşidəndə ki, 4-cü meydançada oyun keçirilir, mən də zamanım olduğundan baxmaq qərarına gəldim.

Bir qədər də nostalji hislər yaşadım.

Nə az, nə çox 20 il əvvəl "Gənclərbirliyi"nin U-16 komandasının heyətində "İnter"in eyni yaş qrupuna qarşı məhz bu meydanda oynamışdım.

Bu dəfə isə həmin meydanda "Qarabağ"la "Şəfa"nın U-17 komandaları qarşılaşırdı

Bir anlıq gözümün önündən 20 il əvvəli keçirdim, bu günlə müqayisə apardım.

Gəldiyim nəticə o oldu ki, bir addım da irəli getməmişik.

Təsəvvür edin ki, 20 il əvvəl mənim üzərində top qovduğum süni meydançanın örtüyü hələ də dəyişdirilməyib.

Həmin 20 ildə ölkə futboluna milyonlar xərclənib, amma heç kim oradakı meydançanı dəyişməyi düşünməyib.

Uşaqları adı süni xalça, özü asfaltdan fərqlənməyən meydançada görmək şəxsən məni çox sarsıtdı.

O bəh-bəhlə futbolumuzun səviyyəsi qalxıb deyən, dostlar.

Bizim futbolun reallığı, səviyyəsi, vəziyyəti 20 ildə bir dəfə örtüyü dəyişməyən Şəfa stadionun 4-cü meydançasında gizlənir.

Lütfən, özümüzü aldatmayaq!

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı