QALMAQAL! "Siz indi "Xəzər Lənkəran"ı "Qarabağ"la bir səviyyəyə qoyursuz?" - FOTO

QALMAQAL! "Siz indi "Xəzər Lənkəran"ı "Qarabağ"la bir səviyyəyə qoyursuz?" - FOTO

"Xəzər Lənkəran" 10 il əvvəl fəaliyyətini dayandırsa da azarkeşləri bu gün də öz varlığını ortaya qoya bilir.

Premyer Liqanın 29-cu turunun "Neftçi" - "Qarabağ" görüşündən sonra buna bir daha şahidlik etdik.

Görüşdən sonra Ağdam klubu sosial şəbəkə hesabında "Böyük klubun böyük azarkeşləri" başlığı ilə fanatlarının fotolarını paylaşaraq onlara təşəkkür etdi.

Cənub təmsilçisinin "Xəzər Lənkəran FC" adlı səhifəsi isə feysbuk hesabından buna cavab olaraq eyni şəkilləri "Sizlərin böyük olmağınız üçün siz Konfrans Liqasını qazansanız da azdır" cavabını verib.

"Qarabağ" azarkeşlərinin buna reaksiyası şərhlərdə gecikməyib:

"İndi niyə "Qarabağ"a ilişdin ki? Nə böyüklüyünüz var? "Lex"ə 1:4,1:5 uduzanda böyük idiniz, yoxsa "Makkabi"yə 0:8 uduzanda?".

"Qarabağ" böyük klubdur, amma böyük azarkeşləri yoxdur. "Xəzər Lənkəran" böyük azarkeşləri var, amma böyük klub ola bilmədi".

"Siz indi "Xəzər"i "Qarabağ"la bir səviyyəyə qoyursuz? Azərbaycanın bütün klublarını birləşdirsən bir "Qarabağ" səviyyəsinə heç yaxın dura bilməz".

"Xəzər" azarkeşlərindən başqa heç nə ilə yadda qalmayıb".

"Azarkeşinizdən başqa nəyiniz olub? O da region klubu olduğuna görə. "Makkabi" 8 dənə vururdu".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti