Bu da legioner limitinin ləğvinin futbolumuza verdiyi FAYDA - ŞOK SİYAHI!

Bu da legioner limitinin ləğvinin futbolumuza verdiyi FAYDA - ŞOK SİYAHI!

Yaxşı futbolçunu yaxşı akademiyalar yetişdirir.

Təəssüf ki, bizdə nəinki yaxşı, heç akademiya yoxdur.

Günü xilas etmək legioner limitinin tətbiqindən keçirdi.

Ki, illərdi bunun sayəsində Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Rüfət Abbasov, Toral Bayramov, Emil Səfərov, Qismət Alıyev, Mahir Emreli, Rəhman Daşdəmirov, Musa Qurbanlı, Xəyal Əliyev və.s adlar ortaya çıxmışdı/çıxırdı.

Hər biri zamanında limitə görə oynayanlardı.

Günün birində (ötən mövsümün sonu) legioner limiti ləğv edildi.

Ki, sağlam rəqabət olsun.

Məhdudiyyət oyunçularımızı rahatlaşdırır.

İnkişaflarına mane olur.

Qısa müddətdə Elvin Cəfərquliyev əvəzedici komandaya düşəcək qədər "böyüdü".

Rəhman Daşdəmirov ehtiyat skamiyanın daimi sakininə çevrilib.

Yuri Vernidub gəlməsəydi Emil Səfərovu itirməyə bir şey qalmamışdı. Amma geci-tezi var, o da itəcək.

Toral Bayramovun ötənilki performansından əsər-əlamət qalmayıb.

Xəyal Əliyev Mikelsin, Safrankonun yoxluğunda parladı, Mikels geri qayıdınca da söndü.

Bugünkü sistemlə, yanaşma ilə 50 il də ötsə 22 yaşlı Xəyal 31 yaşlı Mikelsi rəqabətdə qalib ola bilməz.

Bunun üçün akademiyaların olmalıdır, yetişdirməlisən.

Akademiya yoxdur, yetişdirmək heç kimə maraqlı deyilsə, hansı rəqabətdən söhbət gedə bilər?

Ölkə futboluna cavabdeh şəxslərin seçdiyi yol ibtidai sinifi görməyən uşağa "niyə triqonometryanı bilmirsən" sualını verməyə bənzəyir.

Bu hələ üzdə olanların qısa müddət ərzindəki aqibətidir.

Altda qalanların da ən yaxşı halda səsi Qırğızıstandan gəlir.

Qırğızıstan deyib də üzərindən keçmək olmaz.

Bu gedişlə millinin baş məşqçisi Ayxan Abbasov heyəti Asiyada çıxış edənlərdən qurmalı olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti